Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya, Cənubi Keçid Şurası (STC) tərəfindən Əl-Mukalla limanının ələ keçirilməsindən sonra Yəmənin Hadramaut bölgəsində məhdud hərbi əməliyyata başladığını elan edib.
Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi yayıb: "Məhdud hərbi əməliyyat zamanı təhlükəsizliyini təmin etmək üçün Əl-Mukalla liman ərazisindəki mülki şəxslərin təxliyəsinə çağırırıq".
Koalisiya sözçüsü Turki əl-Malikinin verdiyi məlumata görə, koalisiya rəsmi icazə olmadan BƏƏ-dən Yəmənin Əl-Mukalla limanına gedən iki gəmiyə hava hücumu təşkil edib: "Koalisiya qüvvələri bu səhər iki gəmidən boşaldılmış silah və hərbi texnikanı hədəf alaraq məhdud hərbi əməliyyat həyata keçirib".
Onun sözlərinə görə, iki gəminin heyəti gəmi izləmə sistemlərini söndürüb münaqişəni qızışdırmaq məqsədilə Hadramaut və Əl-Mahra əyalətlərindəki Cənubi Keçid Şurası (STC) qüvvələrini dəstəkləmək üçün çoxlu sayda silah və hərbi texnikanı daşıyıb.
Musavat.com






