İnsanlara hürriyət, millətlərə istiqlal!

Şifrə “Bomba partlayacaq”: Türk Hava Yollarının təyyarəsindən təcili eniş - VİDEO

812 16.01.2026 17:54 Hadisə A A

İstanbuldan Barselonaya uçan sərnişin təyyarəsində gözlənilməz təhlükəsizlik həyəcanı yaşanıb.

Musavat.com xəbər verir ki, Türk Hava Yolları aviaşirkətinə məxsus layner havada yaranan risk səbəbilə marşrutunu dəyişərək təcili eniş etmək məcburiyyətində qalıb.

Məlumata görə, təyyarədə olan sərnişinlərdən biri mobil telefonunda Wi-Fi nöqtəsi yaradaraq ona “Partlayış təhlükəsi”, paroluna isə “Bomba 9:30-da partlayacaq” adını verib. Bu fakt ekipaj üzvləri arasında ciddi narahatlıq yaradıb və dərhal kapitana bildirilib.

Təhlükəsizlik protokollarına uyğun olaraq, uçuşun komandiri təyyarəni Barselona yaxınlığında yerləşən El Prat aeroportu hava limanına endirmək qərarı verib. Bildirilir ki, vəziyyətin ciddiliyi səbəbilə uçuş zamanı Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr də müşayiət üçün havaya qaldırılıb.

Təyyarənin göyərtəsində 148 sərnişin və 7 ekipaj üzvü olub. Enişdən sonra hava gəmisi təcrid olunmuş zonaya çəkilib, sərnişinlər tam yoxlamadan keçirilib və təxliyə edilib. Salonda kinoloqların iştirakı ilə partlayıcı maddələrin axtarışı aparılıb.

Yoxlamalar nəticəsində hər hansı partlayıcı qurğu aşkar edilməyib. “Partlayış” adlı Wi-Fi şəbəkəsini yaradan şəxsin kimliyi hələlik müəyyən olunmayıb. Araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR