İnsanlara hürriyət, millətlərə istiqlal!

Silah payladılar: Maduronun “kollektivləri” küçələrə çıxdı - VİDEO

790 07.01.2026 21:25 Dünya A A

Karakasda vəziyyətin daha da gərginləşdiyi müşahidə olunur.

Musavat.com xəbər verir ki, paytaxtda hökumətyönlü “kollektivlər” (ispanca colectivos — peşəkar birlik, ictimai təşkilat və yarımhərbi dəstənin qarışığı olan silahlı qruplar) üçün silah paylanması məntəqələri fəaliyyətə başlayıb.

Şahidlərin bildirdiyinə görə, bu qruplar açıq şəkildə silahlandırılır və nəzarət-buraxılış məntəqələrində yerləşdirilir. Venesuelada “kollektivlər” uzun illərdir rejimin qeyri-rəsmi dayağı sayılır: onlar etirazların boğulmasında, küçə nəzarətində və müxalif fəallara təzyiqdə istifadə olunur. 

Son görüntülər Karakasda vətəndaşların deyil, silahlı qrupların ön plana çıxarıldığını və hakimiyyətin küçələrdə güc balansını məhz bu strukturlar üzərindən qorumağa çalışdığını göstərir. Bu isə ölkədə mümkün qarşıdurmaların miqyasının daha da böyüyə biləcəyinə dair ciddi narahatlıq yaradır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR