İki aydır ki, Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış SİMA Pay üztanıma ödəniş sistemi gündəlik turniket keçidlərində yeni təcrübə yaradır.
Bu barədə Musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Məlumatda qeyd edilib ki, ictimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilən bu rəqəmsal həll artıq 9 mindən çox sərnişin üçün cəmi iki saniyəyə rahat və təhlükəsiz səfərləri əlçatan edir.






