İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan ironik paylaşım: Ermənistan yalnız məndən danışır - VİDEO

626 03.07.2026 13:30 Dünya A A

Xəbər verdiyimiz kimi, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətində keçirilən gizli səsvermədə yenidən parlament sədri postuna namizəd seçilə bilməyən Alen Simonyan deputat mandatından da imtina edib. Son günlər Ermənistan mediasında Simonyanın ölkə prezidenti postuna gətiriləcəyi barədə iddialar səslənsə də, o, bu məlumatları qəti şəkildə təkzib edib. Alen Simonyan bildirib ki, yaxın perspektivdə heç bir mühüm dövlət vəzifəsində fəaliyyət göstərməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, Simonyanın bu addımı Ermənistanda geniş rezonans doğurub.

Çünki o, uzun illərdir baş nazir Nikol Paşinyan komandasının ən tanınmış və təsirli simalarından biri hesab olunurdu.

Alen Simonyan ölkə mediasında məhz onun istefasının əsas mövzuya çevrilməsinə münasibət bildirib. O, sosial şəbəkə hesabında paylaşdığı videoda Ermənistan informasiya məkanında yalnız öz qərarı ilə bağlı xəbərlərin yayımlandığını nümayiş etdirərək bu vəziyyətə ironik münasibət sərgiləyib.

Videogörüntünü təqdim edirik:

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR