İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan SON DƏQİQƏ AÇIQLAMASI - Bakıda...

2657 10.12.2025 13:32 Siyasət A A

Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş barədə açıqlama verib.

Musavat.com xəbər verir ki, Simonyan parlamentlər arasında əlaqələrin genişlənməsi və təmasların artırılması məsələsini gündəmə gətirib.

O bildirib ki, Ermənistan və Azərbaycan parlamentləri arasında müzakirələr müxtəlif beynəlxalq platformalarda davam etdirilir.

Simonyan Türkiyənin İstanbul şəhərində keçiriləcək Parlamentlərarası İttifaq Konfransında Azərbaycandan olan spikerlə təmaslar qurulacağını da qeyd edib. O əlavə edib ki, bu görüşlər yalnız beynəlxalq kontekstdə deyil, həm də genişlənmiş formatda davam edəcək və bu mövzuda gələcəkdə daha çox müzakirələr olacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR