Ukrayna müharibəsinin son mərhələsində Slavyansk şəhəri yenidən diqqət mərkəzinə gəlib. Araşdırmaçı Yuliya Mendelin hesab edir ki, şəhərin əhəmiyyəti yalnız coğrafi mövqedən deyil, həm də Donbasın gələcək nəzarət arxitekturasından qaynaqlanır.
Musavat.com xəbər verir ki, Slavyanskın yaxınlığında yerləşən Siverski Donetsk–Donbas kanalı uzun illər Donbasın, o cümlədən işğal altındakı ərazilərin əsas su mənbəyi olub. Bu gün kanal həm ciddi zədələnib, həm də aktiv döyüş zonasının içində qalıb. İşğal altındakı Donetskdə mərkəzləşdirilmiş su təchizatı faktiki olaraq çökmüş vəziyyətdədir. 2014-cü ildən bəri Krımda və Donetskdə yeni su xətləri yaratmaq cəhdləri uğursuz olub, çoxu ya dayandırılıb, ya da fəaliyyətsiz qalıb.
Mendel qeyd edir ki, Kreml “dondurulmuş cəbhə xətti”ndən ehtiyat edir. Əgər müharibə hazırkı xəttlər üzrə dayandırılsa, Moskva nəzarətindəki Donbas bölgələri su böhranı ilə qarşılaşaraq sosial və iqtisadi baxımdan idarəolunmaz vəziyyətə düşə bilər.
Bu səbəbdən Slavyansk Kremlin strateji hədəfi sayılır. Şəhərin işğalı iki məqsədə xidmət edə bilər: Ukraynanın su leverecini zəiflətmək və işğal altındakı əraziləri tam Moskva asılılığına salmaq. Mendelinə görə, Donbasa suya nəzarət etmək, eyni zamanda regiona nəzarət deməkdir və bu, Rusiyanın hərbi-siyasi strategiyasında kritik dönüş nöqtəsi ola bilər.
Musavat.com






