“Tibb işçisinin sertifikatının etibarlılıq müddətinə bir il qalıbsa və sonuncu il onun
50 kredit balı varsa, sertifikat avtomatik generasiya olunur”.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova deyib.
O bildirib ki, sertifikatın bitməsinə 3 il qalıbsa və tibb işçisi 3 il ərzində hərəsi 50 bal olmaqla ümumilikdə 150 bal toplayarsa, sertifikatı avtomatik generasiya olunacaq.
Şahanə Rəhimli
Musavat.com






