İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK OLAY - Polisdən qaçmaq üçün GÖRÜN NƏ ETDİ

1051 14.12.2025 00:00 Dünya A A

İtaliyanın Qalatone şəhərində qeyri-adi və gülməli hadisə baş verib.

Musavat.com xəbər verir ki, polis tərəfindən axtarışda olan Qana əsilli 38 yaşlı kişi hüquq-mühafizə orqanlarından yayınmaq üçün Milad bayramı münasibətilə qurulmuş dini dekorasiyada gizlənməyə çalışıb.

Şübhəli şəxs Məryəm və Yusif fiqurlarının arasında donub qalaraq özünü “çoban” kimi göstərib. Ancaq fiqurlar arasında “artıq bir personaj”ın olması şəhər meri Flavio Filoninin diqqətindən qaçmayıb. Mer əvvəlcə bunu yeni əlavə olunmuş dekorasiya elementi hesab edərək hətta həmin “fiqurun” fotosunu da çəkib.

Lakin vəziyyət tezliklə aydınlaşıb. “Çoban” qəfil hərəkət edərək Milad səhnəsində gecələmək istədiyini deyib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir neçə həftədir polis tərəfindən axtarışdadır. O, polisə müqavimət göstərməkdə və ağır bədən xəsarətləri yetirməkdə ittiham olunurmuş.

Nəticədə Qana əsilli kişi saxlanılaraq həbsxanaya göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR