İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bu rayonda ağır qəza: Ölənlər var - VİDEO YENİLƏNİB

1402 19.07.2026 14:59 Hadisə A A

İsmayıllı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin ikisinin şəxsiyyəti məlum olub.

"Opel" markalı avtomobillə "Honda" markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü - 23 yaşlı Nihad Allahverənov, "⁠Opel"in sürücüsü, 38 yaşlı İsa Rzayev və avtomobilin sərnişini (kimliyi hələ dəqiqləşməyib) ölüb. (Report)

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub.

Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR