Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxıldığı müəyyən edilən və ölkənin hava məkanına doğru istiqamətlənən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, raket Şərqi Aralıq dənizi bölgəsində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.
Məlumata görə, raketin Türkiyə istiqamətində hərəkəti radarlarda qeydə alındıqdan sonra dərhal müdafiə sistemləri aktivləşdirilib və təhlükə vaxtında aradan qaldırılıb.
Musavat.com






