Suriyanın cənubunda İsrail ordusu ilə yerli sakinlər arasında gərginlik daha da artıb.
Musavat.com xəbər verir ki, kənd sakinləri yolları bağlayaraq İsrail qüvvələrinin irəliləməsinə mane olmağa çalışırlar.
Suriyanın cənubundakı Abidin yaşayış məntəqəsində yerli sakinlərlə İsrail Müdafiə Ordusunun (SAXAL) bölmələri arasında toqquşmalar davam edir.
Məlumata əsasən, İsrail qüvvələri hazırda Abidin bölgəsini artilleriya atəşinə tutur və əraziyə hava zərbələri endirir. Bununla yanaşı, Abidin kəndinin sakinləri İsrail qüvvələrinin yaşayış məntəqəsinə daxil olmasının qarşısını almaq üçün yolları bağlayıblar.
Eyni zamanda, Syria TV xəbər verir ki, İsrail ordusu Dəraa vilayətinin Cəmla kəndində qurduğu hərbi mövqeni təxminən 20 saatdan sonra tərk edib.
Musavat.com






