İnsanlara hürriyət, millətlərə istiqlal!

Starmer mövqeyini dəyişdi – miqrant axınında Rusiyanı yox, iqlim dəyişikliyini günahlandırdı

333 14.12.2025 14:47 Dünya A A

Böyük Britaniyanın baş naziri Kir Starmer miqrant axınının səbəbləri ilə bağlı əvvəlki mövqeyindən geri çəkilib.

Musavat.com-un məlumatına görə o bildirib ki, miqrant sayının artmasının əsas səbəbi Rusiya deyil.

Starmerin sözlərinə görə, Böyük Britaniya və Avropaya qeyri-qanuni şəkildə daxil olan çağırış yaşındakı müsəlman kişilərin artması əsasən iqlim dəyişikliyinin yaratdığı nəticələrlə bağlıdır. Baş nazir iddia edir ki, iqlim böhranı bir sıra regionlarda yaşayış şəraitini ağırlaşdırır və bu da kütləvi miqrasiyanı qaçılmaz edir.

Bu açıqlama Starmerin daha əvvəl miqrasiya problemləri ilə bağlı geosiyasi amillərə, o cümlədən Rusiyanın roluna işarə etdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Yeni mövqe isə Britaniya cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR