İnsanlara hürriyət, millətlərə istiqlal!

Starmer Trampa zəng vurdu: Hörmüz müzakirə olundu

861 23.03.2026 08:56 Siyasət A A

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampla Hörmüz boğazının gəmiçilik üçün açılmasının vacibliyini müzakirə edib.

Musavat.com xəbər verir ki, məlumatı Baş nazirin ofisi bazar günü Ağ Evlə telefon danışığından sonra yayıb: "Liderlər Yaxın Şərqdəki mövcud vəziyyəti və xüsusən də qlobal gəmiçilik fəaliyyətini bərpa etmək üçün Hörmüz boğazının açılmasının vacibliyini müzakirə ediblər. Onlar Hörmüz boğazının açılmasının qlobal enerji bazarında sabitliyin təmin edilməsi üçün vacib olduğu barədə razılığa gəliblər".

Qeyd edək ki, İrana qarşı əməliyyat başlanandan bəri Tramp Starmeri dəfələrlə ABŞ-a dəstək vermədiyinə görə tənqid edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR