İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda 750 abonentin qazı KƏSİLƏCƏK

2266 22.05.2025 13:29 Ölkə A A

Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə Musavat.com-a “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR