Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Report)






