İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya DİN təsdiqlədi: PKK İŞİD üzvlərini həbsxanadan azad ETDİ - VİDEO

1012 19.01.2026 23:39 Dünya A A

Musavat.com xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi SDF/PKK-nın Əl-Şəddadi həbsxanasından İŞİD üzvlərini azad etməsi ilə bağlı yayılan məlumatları təsdiqləyib.

Nazirliyin açıqlamasında bildirilir ki, məhbuslarla bağlı məsələ SDF və PKK tərəfindən siyasi məqsədlər üçün istifadə olunur. Rəsmi Dəməşq vurğulayıb ki, əhalinin təhlükəsizliyinin təmin edilməsi ölkə üçün ən ali milli prioritet olaraq qalır.

Açıqlamada, həmçinin qeyd edilib ki, Suriya tərəfi Həsəkə vilayətində İŞİD üzvlərinin saxlanıldığı həbsxanaların idarəçiliyini və təhlükəsizliyinin təminini beynəlxalq standartlara uyğun şəkildə tam şəkildə öz üzərinə götürməyə hazırdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR