İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan qlobal mesaj: Azərbaycan–Türkiyə ortaqlığı... FOTOLAR

629 24.11.2025 12:15 Gündəm A A

Şuşa şəhərində keçirilən Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunun ilk sessiyası “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.

Musavat.com-un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı (SETA) Proqram direktoru Muhittin Ataman çıxışında Türkiyənin qonşu və digər dövlətlərlə münasibətlərə diqqət çəkib:

“Türkiyə qlobal aktora çevrilib. Ölkəmiz qlobal problemlərin həllində təşəbbüs göstərir. “Sıfır atık” layihə Türkiyənin təkcə öz problemləri, regional məsələlərlə məşğul olmadığını göstərir. Rusiya-Ukrayna müharibəsində də Türkiyə önəmli rola malikdir. Türkiyə eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığı da genişləndirməyə davam edir. Azərbaycanla ikitərəfli əməkdaşlıq da yeni mərhələyə keçib. Bu münasibətlər Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndi”.

WhatsApp Image 2025-11-24 at 11.51.06.jpeg (80 KB)

Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz Orta Şərq siyasəti barədə danışıb:

“2023-cü ilin oktyabr ayından sonra Yaxın Şərqdə güclü dəyişikliklər başladı. Qlobal düzən dəyişir. Bu dəyişikliyin Yaxın Şərqdə təsirləri barədə danışarkən müşahidə edirik ki, güc rəqabəti kəskinləşir. İran-İsrail münaqişəsi, ABŞ-nin Yaxın Şərqə dönməsi, Rusiyanın Suriyadakı itkiləri, Çinin iqtisadi gücünü siyasətə də gətirməsi və s. amillər rəqabət sahəsi yaradıb”.

WhatsApp Image 2025-11-24 at 11.51.07.jpeg (77 KB)

İran Araşdırmaları Mərkəzinin (İRAM) prezidenti Sərhan Afacan isə vurğulayıb ki, Türkiyə və Azərbaycan bir çox mövzuda ortaq qərar verirlər:

“İran mövzusunda Azərbaycanla Türkiyə həmfikirdir. İran bəzən açıq olmasa da, gizli mesajlar verir. Ələlxüsus, Zəngəzur dəhlizinin açılmasında İran böhran yaratmağa çalışdı”.

SEYFE.jpeg (77 KB)

Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) direktoru Məhməd Seyfəddin Erol Azərbaycanla Türkiyənin regiondakı mövqelərinin xeyli gücləndiyini qeyd edib:

“Azərbaycanla Türkiyənin türk dünyasındakı aparıcı rolu, həmçinin hərbi sahədə çəkindirici gücü son dərəcə əhəmiyyətlidir. Azərbaycan və Türkiyə olmadan türk dünyasının, Mərkəzi Asiya inteqrasiyası mümkün deyil. Hazırda türk dünyasının özünəinamı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, Rusiya ilə bağlı psixoloji vəziyyət dəyişib. Belə ki, Orta Asiya dövlətləri artıq daha müstəqil hərəkət imkanı qazanıblar. Bu, əsasən, Rusiya–Çin kontekstində özünü qabarıq göstərir. Mərkəzi Asiya+Azərbaycan formatı getdikcə güclənəcək və bu format gələcəkdə daha da genişlənəcək. Mərkəzi Asiya+Azərbaycan formatının hətta Cənubi Asiyanı da əhatə edə biləcək yeni bir formata yol açdığını görürük. Bu isə olduqca əhəmiyyətli bir inkişafdır. Regionda yeni strukturlaşma prosesi və daha proqnozlaşdırıla bilən siyasi mühit Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesi üçün böyük önəm daşıyır”.

WhatsApp Image 2025-11-24 at 11.51.07 (1).jpeg (83 KB)

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev diqqətə çatdırıb ki, regionda yaranan yeni geosiyasi reallığı həzm edə bilməyən qüvvələr var:

“Biz koordinasiyanı buna uyğun qurmalıyıq. Qarabağ zəfəri müəyyən təhdidlər yaradıb. Ermənistandakı seçkilərin nəticələri diqqət mərkəzində olacaq. Bizim istədiyimiz nəticəni əlimizdən almağa çalışanlar başqa tərəflərlə əməkdaşlıq edirlər. Vaşinqtonda sülh sazişinin paraflanması Ermənistanın üzərinə məsuliyyət qoydu. Bizim istədiyimiz şərtlərlə Zəngəzur dəhlizinin açılması ikinci dəfə təsdiqləndi. Beləliklə, Türkiyə və Azərbaycanın istədiyi şərtlər yerinə yetirildi”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR