İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış futbolçu ​"Qarabağ"dan gedir

5105 21.11.2025 11:52 İdman A A

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər var.

Nəriman özü də legioner həyatı yaşamağa can atır. Gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanova bildirib.

Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu Nərimanın diqqətinə çatdırıb. Amma uyğun şərtlərdə ayrılığa şərait yaradılacaq.

Qısası, milli komandamızın üzvünün ölkəni tərk etmək ehtimalı yüksəkdir. 21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb.

15 yaşından isə Ağdam klubunun akademiyasındadır.

O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR