İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış futbolçu qıza görə bıçaqlanıbmış

1251 03.02.2026 11:42 Son xəbər A A

Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev Gəncə şəhərində bıçaqlanıb.

Musavat.com Demokrat.az-a istinadən xəbər verir ki, futbolçu "Niko" adı ilə tanınan yaxın dostu və iki xanım tanışı ilə birlikdə gecəni restoranlardan birində keçirib.

Onlar daha sonra qızları evə ötürərkən sözügedən hadisə baş verib.

Qızlardan birinin keçmiş sevgilisi avtomobillə onların yolunu kəsib. Onlar avtomobildən düşərək mübahisə etməyə başlayıblar. Davaya çevrilən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, "Kəpəz"in futbolçusu Veysəl Rzayev bıçaqla yaralanıb.

Hazırda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının reanimasiyada olan futbolçunun vəziyyəti orta-stabildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR