İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ABŞ dəniz piyadalarını göndərir, Trampdan İrana "TƏSLİM OLUN" xəbərdarlığı  

943 14.03.2026 12:08 Dünya A A

 

Birləşmiş Ştatlar Yaxın Şərq regionuna əlavə hərbi qüvvə və dəniz piyadalarının ekspedisiya dəstəsini göndərir. “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat verib.
Məlumata görə, ABŞ müharibə naziri Pit Heqset Mərkəzi Komandanlığın (CENTCOM) sorğusunu təsdiqləyərək amfibiya-desant qrupunun və dəniz piyadalarının ekspedisiya dəstəsinin bölgəyə yerləşdirilməsi əmrini verib. Bu hərbi dəstəyə minlərlə hərbi qulluqçu və əlavə gəmilər daxildir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyini bildirib. Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“İran heç vaxt nüvə silahı əldə etməyəcək və ABŞ-ı, Yaxın Şərqi və bütün dünyanı təhdid etmək imkanına sahib olmayacaq”, - deyə ABŞ lideri qeyd edib.

Tramp iddia edib ki, İran ABŞ-nin hədəf ala biləcəyi obyektləri müdafiə etmək imkanına malik deyil.

ABŞ prezidenti həmçinin İran hərbçilərini yenidən silahı yerə qoymağa çağırıb.

“Silahları yerə qoyun və ölkənizdən qalanları xilas edin”, - deyə Tramp bildirib.
TV Musavat-ın saat 12:10-da yayımlanan "Həftə içi" verilişində sualları hüquqşünas Qulamhüseyn Əlibəyli cavablandırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR