İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ hərbi təyyarələri havada - Müharibə yenidən başlayır

826 10.06.2026 00:21 Dünya A A

Yaxın Şərqdə, xüsusilə İran və ABŞ-İsrail xəttində hərbi hərəkətliliyin pik həddə çatdığı bir vaxtda, strateji əhəmiyyətli Hörmüz boğazı üzərində gərgin anlar yaşanır. ABŞ hərbi aviasiyası bölgədə intensiv uçuşlar həyata keçirməyə başlayıb.

Musavat.com xarici hərbi mənbələrə və uçuş radar məlumatlarına istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə "Boeing KC-135R Stratotanker" tipli havada yanacaqdoldurma təyyarəsi Hörmüz boğazı və Fars körfəzində yerləşən İran adalarının bilavasitə yaxınlığında operativ uçuşlar həyata keçirir.

Radar qeydlərinə əsasən, İsrailin Ben Qurion hava limanından və bölgədəki digər müttəfiq bazalarından havaya qalxan bu strateji təyyarələr boğaz üzərində saatlarla dövrə vuraraq intensiv hərəkətdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR