İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bakıdan Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR - Eniş edə bilmədi və...

3641 28.12.2025 02:30 Gündəm A A

27 dekabr axşamı Bakıdan Moskvaya yola düşən “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt hava limanlarından birinə eniş edə bilməyib və məcburi qaydada Sankt-Peterburq hava limanına yönləndirilib.

Musavat.com xəbər verir ki, reys Bakıdan saat 19:55-də havaya qalxıb, lakin Moskvada yaranmış mürəkkəb şərait səbəbindən uçuş planı dəyişdirilib.

Azərbaycan mediasının məlumatına görə, hazırda həmin reysin sərnişinləri Sankt-Peterburq hava limanında saxlanılır və Moskvaya növbəti reysə köçürülməni gözləyirlər. Bildirilir ki, vəziyyət təkcə bu reyslə məhdudlaşmır.

Qeyd olunur ki, gün ərzində Moskvanın əsas hava limanlarında - Şeremetyevo, Domodedovo və Vnukovoda onlarla reys gecikdirilib və ya ləğv edilib. Mövcud durumun kütləvi xarakter daşıdığı vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR