İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ - ATƏŞKƏS ELAN EDİLDİ

2693 28.12.2025 15:45 Son xəbər A A

Rusiyanın 2022-ci ilin martında ələ keçirdiyi Zaporojye Atom Elektrik Stansiyasında Ukrayna ilə Rusiya arasında müvəqqəti atəşkəs elan olunub. 

Muavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, atəşkəs təmir işlərinin aparılması məqsədi ilə elan edilib.

Hazırda elektrik ötürücü xətlərin bərpası istiqamətində işlər görülür.

"Rusiya ilə Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında elektrik xətlərində təmir işlərinin aparılması üçün müvəqqəti atəşkəs əldə olunub. Bu ərazidə atəşkəs rejimi bir neçə gün davam edəcək", - MAQATE-nin baş direktoru Rafael Qrossi qeyd edib.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR