İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda bazar etirazları genişlənir: valyuta böhranı yeni üsyan dalğası yaradır

520 31.12.2025 01:49 Dünya A A

Tehranda tacirlər tərəfindən başladılan etiraz aksiyaları bu gün də davam edir və getdikcə genişlənir. Etirazların əsas səbəbi İran milli valyutasının sürətli və kəskin şəkildə dəyər itirməsidir. Sahibkarlar bildirirlər ki, mövcud iqtisadi şəraitdə məhsullarını satdıqları qiymətə belə yenidən ala bilmirlər.

Musavat.com xəbər verir ki, Türkiyədə yaşayan güneyli araşdırmaçı, iranşünas Arif Kəskin məsələni şərh edərkən İran bazarının ölkə tarixində xüsusi roluna diqqət çəkib. Onun sözlərinə görə, 1979-cu il İran İnqilabının formalaşmasında və uğur qazanmasında bazar mühüm və həlledici rol oynayıb.

Ekspert vurğulayıb ki, hazırkı mərhələdə əsas sual etirazların yalnız tacirlərlə məhdudlaşıb-məhdudlaşmayacağıdır. Əhalinin daha geniş təbəqələrinin, xüsusilə kiçik və orta sahibkarların bu narazılıqlara qoşulması prosesin taleyini müəyyən edə bilər. Bu baxımdan, Tehranda baş verən bazar etirazlarının gələcək günlərdə hansı miqyas alacağı həm İran hakimiyyəti, həm də region üçün ciddi əhəmiyyət daşıyır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR