Tehranın Gişa bölgəsində güclü partlayış səsi eşidilib.
Musavat.com xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Şahidlərin sözlərinə görə, partlayış səsi o qədər güclü olub ki, ərazidəki bəzi binaların şüşələri titrəyib. Sakinin təşviş içində küçələrə çıxdığı bildirilir.
Hadisənin səbəbi və mümkün nəticələri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Musavat.com






