İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Trampa sərt cavab: “İrana uzanan əl daha çatmamış kəsiləcək”

1623 02.01.2026 14:18 Dünya A A

İranın ali rəhbəri Əli Xameneinin ətrafı ABŞ prezidenti Donald Trampın hədələrinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, İran İslam Respublikasının Ali Liderinin baş müşaviri Əli Şəmxani sosial şəbəkədə yaydığı bəyanatda Vaşinqtonu açıq şəkildə xəbərdar edib.

Şəmxani bildirib ki, İran xalqı ABŞ-ın “xilasetmə” adı altında həyata keçirdiyi müdaxilələrin nəticələrini yaxşı xatırlayır:
“İran xalqı ABŞ-ın ‘xilasetmə’ təcrübəsini yaxşı tanıyır — İraqdan və Əfqanıstandan tutmuş Qəzzaya qədər. Uydurma bəhanələrlə İranın təhlükəsizliyinə əl uzadan hər hansı bir müdaxiləçi əl hədəfinə çatmamış əzici cavabla qarşılanaraq kəsiləcək”, – deyə o vurğulayıb.

Şəmxani əlavə edib ki, İranın milli təhlükəsizliyi “qırmızı xətdir” və bu mövzu sosial şəbəkələrdə yazılan “avantürist tvitlərin” predmeti ola bilməz. Onun sözlərinə görə, Tehran ölkənin suverenliyinə qarşı istənilən təhdidə sərt və dərhal cavab verməyə hazırdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR