Paytaxt Tehranın böyük bazar ərazisində yüzlərlə insanın iştirakı ilə kütləvi etiraz aksiyası keçirilir. Musavat.com xəbər verir ki, etirazçılar küçələrdə “Rza şah, ruhun şad olsun” şüarları səsləndirərək mövcud rejimə açıq etirazlarını ifadə ediblər.
Məlumatlara görə, təhlükəsizlik qüvvələri etirazçıların üzərinə atəş açıb, bəzi ərazilərdə isə gözyaşardıcı qazdan istifadə olunub. Hadisə yerində gərginlik yüksək olaraq qalır.
Eyni zamanda, etirazçıların istifadə etdiyi qapalı çat qruplarında Tehranın bütün bazara çıxan küçələrinə çağırışlar yayılıb. Paylaşımlarda sakinlərdən küçələrə çıxaraq 100 min nəfərlik kütlə formalaşdırmaq tələb olunur.
İran paytaxtında vəziyyət sürətlə dəyişir və etirazların miqyasının genişlənəcəyi istisna edilmir.
Musavat.com






