İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarəyə minən sərxoş qadın dəhşət saçdı - VİDEO

850 06.05.2026 15:12 Hadisə A A

Hava limanında baş verən qəribə hadisə sosial mediada geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, təyyarəyə bir şüşə spirtli içki ilə minmək istəyən qadın, təhlükəsizlik əməkdaşlarından içkini salona keçirə bilməyəcəyini öyrəndikdən sonra gözlənilməz addım atıb.

Hadisə şahidlərinin lentə aldığı görüntülərdə qadının xəbərdarlıqdan sonra spirtli içki şüşəsini qısa müddətdə tamamilə içdiyi əks olunub. Lakin bu qərar onun üçün baha başa gəlib. Həddindən artıq sərxoş vəziyyətə düşən qadına sonradan təyyarəyə minməyə icazə verilməyib.

Mobil telefonla çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və qısa müddətdə trend mövzusuna çevrilib. İstifadəçilər hadisə ilə bağlı həm zarafatlı, həm də tənqidi şərhlər paylaşıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR