ABŞ tərəfindən toplanan idxal rüsumlarının mümkün geri qaytarılması məsələsi indi Amerika məhkəmə sistemində uzun müddət davam edən bir mübarizə olacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ABŞ Ali Məhkəməsinin idxal rüsumlarının tətbiqinə qarşı qərarı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib: "Mən sizə cavab verdim, elə deyilmi? Mən sizə cavabı dedim. Bu, müzakirə mövzusu deyil. Növbəti beş ili məhkəmələrdə keçirəcəyik".
Musavat.com






