İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp AÇIQLADI: ABŞ çox sayda B-2 bombardman təyyarəsi sifariş edib

523 28.11.2025 16:59 Siyasət A A

ABŞ prezidenti Donald Tramp ölkəsinin 22 iyun tarixində İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə həyata keçirilən hava hücumunda istifadə olunan B-2 bombardmançı təyyarələrindən “çox sayda” sifariş verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, həmin B-2 təyyarələri “tamamilə görünməzdir” və onların vasitəsilə həyata keçirilən hücum İranın nüvə potensialını tamamilə “yox edib”.

ABŞ prezidenti həmçinin qeyd edib ki, ölkəsi artıq sahib olduğu B-2 təyyarələrinə əlavə olaraq çox sayda yeni təyyarə sifariş edib.

Qeyd edək ki, ABŞ 22 iyunda təxminən 6 metr uzunluğunda və səthin onlarla metr dərinliyində zərər verə bilən bu B-2 gizli bombardmançılarından atılan raketlərlə İranın nüvə obyektlərini hədəfə alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR