İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyasının Rusiya planı Avropada “yeni Yalta” qorxusu yaradıb

383 11.12.2025 17:47 Dünya A A

Donald Tramp administrasiyası son həftələrdə Avropa tərəfdaşlarına bir neçə sənəd göndərib. Bu sənədlərdə ABŞ-ın Ukraynanın müharibədən sonrakı bərpası və Rusiyanın dünya iqtisadiyyatına qaytarılması ilə bağlı baxışı əks olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Sənədlərdə ABŞ şirkətlərinin hazırda dondurulmuş rus aktivlərindən təxminən 200 milyard dolların Ukraynada layihələr üçün istifadəsi nəzərdə tutulur. Bu layihələr arasında hazırda Rusiya qüvvələrinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyası hesabına işləyəcək böyük məlumat emalı mərkəzinin tikintisi də var.

Başqa bir sənəddə Rusiyanın dünya iqtisadiyyatına qaytarılması üçün plan təqdim olunur. Buraya ABŞ şirkətlərinin Rusiyanın strateji sektorlarına – nadir torpaq elementlərinin hasilatı, Arktikada neft quyularının qazılması, həmçinin Rusiyanın enerji tədarükünün Qərbi Avropaya bərpası kimi sahələrə investisiya qoyması daxildir.

Sənədlərlə tanış olan bəzi avropalı rəsmilər WSJ-yə bildiriblər ki, ABŞ-ın bu təkliflərini ciddi qəbul etməyə dəyib-dəymədiyini bilmirlər. Avropalı rəsmilərdən biri bu planları Trampın bir vaxtlar Qəzza Zolağında “Yaxın Şərq Rivyerası” yaratmaq ideyası ilə müqayisə edib. Başqa bir mənbə isə təklif olunan ABŞ–Rusiya enerji razılaşmalarını II Dünya müharibəsindən sonra qaliblərin Avropanı bölüşdürməsi ilə müqayisə edib: “Bu, sanki Yalta konfransıdır”, – deyə o bildirib.

WSJ-nin məqaləsinə Kremlin sözçüsü Dmitri Peskov belə reaksiya verib: Moskva “hər hansı planların megafon diplomatiyası ilə müzakirəsi” ilə məşğul olmur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR