ABŞ prezidenti Donald Tramp “Sülh Şurası” çərçivəsində bir sıra dövlətlərin Qəzzaya iri həcmli maliyyə yardımı ayırmaq barədə razılığa gəldiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, ümumi məbləğ 7 milyard dollar təşkil edir.
Yardım paketinə qoşulan ölkələr bunlardır:
Azərbaycan
Qazaxıstan
Özbəkistan
Küveyt
Birləşmiş Ərəb Əmirlikləri
Səudiyyə Ərəbistanı
Qətər
Bəhreyn
Mərakeş
Məlumata görə, maliyyənin əsasən humanitar və bərpa layihələrinə yönəldilməsi nəzərdə tutulur. Yardımın infrastrukturun bərpası, yaşayış fondunun yenilənməsi və sosial proqramların maliyyələşdirilməsinə sərf olunacağı bildirilir.
Musavat.com






