Tehranın baş prokuroru Əli Salehi, Donald Trampın İranda 800 nəfərin edamının dayandırılması ilə bağlı çağırışını kəskin şəkildə tənqid edib.
Musavat.com-un məlumatına görə Salehi bildirib ki, Tramp “cəfəngiyat danışır” və “öz işi ilə məşğul olmalıdır”.
Prokurorun sözlərinə görə, İran hakimiyyətinin reaksiyası “qətiyyətli, çəkindirici və sürətli” olacaq. O, etiraz aksiyalarında iştirak edənlərlə bağlı çoxsaylı cinayət işləri üzrə artıq ittihamların irəli sürüldüyünü və materialların məhkəməyə göndərildiyini də açıqlayıb.
Bu açıqlamalar ölkə üzrə təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyi bir vaxta təsadüf edir. Şəhərlərdə güc strukturlarının fəaliyyəti intensivləşdiyi fonunda "Iran International"-a daxil olan məlumatlar ölənlərin sayında kəskin artım olduğunu göstərir. Mənbələr iddia edir ki, bəzi bölgələrdə demək olar ki, hər ailə ya yaxınını itirib, ya da azı bir yaralı və ya saxlanılan qohumu var.
Məlumatlar, İranda davam edən etirazların humanitar ölçüsünün ağırlaşdığını və ölkə daxilində gərginliyin daha da dərinləşdiyini göstərir.
Musavat.com






