ABŞ prezidenti Donald Tramp Avropa hökumətlərini Çinin külək turbinləri satdığı "axmaqlar" adlandırıb.
Musavat.com xəbər verir ki, Ağ Evdə texnologiya şirkətlərinin nümayəndələri ilə görüşdə bərpa olunan enerji mənbələrini müzakirə edən Amerika lideri administrasiyanın ABŞ-da külək elektrik stansiyalarının tikintisinə sanksiya vermək niyyətində olmadığını deyib.
O, həmçininqeyd edib ki, "bütün külək turbinləri Çin tərəfindən istehsal olunur".
Tramp Avropada heç kimin külək turbinləri istehsal etmədiyini bildirib: "Amma problem ondadır ki, onların külək turbinləri yoxdur. Çin külək turbinləri istehsal edir və onları Avropadakı axmaqlara satır. Avropa isə onları minlərlə alır. Mən onlara üç ildir ki, bundan yaxşı bir şey çıxmayacağını deyirəm və indi onlar mənim haqlı olduğumu etiraf etməyə başlayırlar".
Musavat.com






