ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Warner Bros. şirkətinin planlaşdırılan böyük sövdələşməsi çərçivəsində CNN satışa çıxarılmalıdır.
Musavat.com xəbər verir ki, o, telekanalın son illərdəki rəhbərliyini sərt şəkildə tənqid edib:
“Məncə, son illər CNN-ə rəhbərlik edən insanlar – tam bir biabırçılıqdır”, – deyə Tramp bildirib.
Ağ Ev rəhbəri hesab edir ki, kanalın mövcud idarəetməsi ictimai etimadı məhv edib və şirkətin yenidən qurulması üçün tamamilə yeni sahibə ehtiyac var.
Musavat.com






