İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp demokratların rəhbərlik etdiyi ştatlardan çəkilir

450 01.02.2026 13:02 Dünya A A

ABŞ federal hüquq-mühafizə orqanları ABŞ Prezidentinə qarşı çıxan Demokrat Partiyasının nəzarətində olan şəhərlərdəki hakimiyyət orqanlarına kütləvi etirazlar və iğtişaşlarla mübarizədə kömək etməyi dayandıracaq.

Musavat.com xəbər verir ki, məlumatı Donald Tramp Truth Social hesabında paylaşıb:

"Mən Daxili təhlükəsizlik naziri Kristi Noemə göstəriş verdim ki, heç bir halda özləri kömək istəməyənə qədər müxtəlif pis idarə olunan Demokrat şəhərlərində etirazlar və ya iğtişaşlarla əlaqədar hüquq-mühafizə əməliyyatlarında iştirak etməyəcəyik".

O bildirib ki, yerli hakimiyyət orqanları federal əmlakın təhlükəsizliyini təmin etməlidir, çünki bu, onların birbaşa məsuliyyətidir: "Biz (federal hökumət qüvvələri - red.) federal əmlakı yalnız gücləndirmə kimi qorumaq üçün oradayıq, çünki bu, yerli hakimiyyət orqanlarının və ştatın məsuliyyətidir. Əgər yerli hakimiyyət orqanları iğtişaşçılar, təşviqatçılar və anarxistlərlə mübarizə apara bilmirsə, biz dərhal bu cür yardıma ehtiyac duyulan yerə gedəcək və bir il əvvəl Los-Ancelesdəki iğtişaşlar zamanı etdiyimiz kimi, vəziyyəti çox asanlıqla və metodik şəkildə həll edəcəyik. Beləliklə, şikayət edən bütün yerli hakimiyyət orqanlarına, qubernatorlara və merlərə: hazır olduğunuz zaman bizə bildirin, biz də orada olacağıq. Amma biz bunu etməzdən əvvəl "xahiş edirəm" sözünü işlətməlisiniz".

Ağ Ev rəhbəri vurğulayıb ki, zəruri hallarda ordu da bu məqsədlər üçün cəlb oluna bilər: "Heç kim zabitlərimizin üzünə tüpürməyəcək, maşınlarımızın faralarını yumruqlamayacaq və ya təpikləməyəcək, maşınlarımıza və ya vətənpərvər əsgərlərimizə daş və ya kərpic atmayacaq. Əgər bu baş verərsə, bu insanlar bərabər və ya daha böyük dərəcədə nəticələrini çəkəcəklər".

Qeyd edək ki, ötən ildən başlayaraq Trampın göstərişi ilə cinayətkarlıqla mübarizə adı altında demokratların nəzarətində olan ştatların iri şəhərlərinə federal qoşunlar yerləşdirilir. Bu, yerli hakimiyyətlər tərəfindən kəskin etirazla qarşılanır, artıq bir neçə şəhərdə məhkəmələr Ağ Evin bu addımlarını qadağan edən qərarlar çıxarıblar. Trampın son açıqlaması noyabrda gözlənilən ara seçkilər ərəfəsində seçicilərin narazılığına səbəb olan belə addımlardan çəkinmək üçün atılan addım hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR