İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana zərbə qərarını verməyib: Ankarada danışıqlar baş tuta bilər

1546 01.02.2026 23:53 Dünya A A

ABŞ administrasiyasının bir neçə kanal vasitəsilə İrana yeni razılaşma üçün danışıqlara hazır olduğunu çatdırdığı bildirilir. Məlumata görə, proses diplomatik xəttin aktivləşdirilməsi məqsədi daşıyır.

Musavat.com xəbər verir ki, Türkiyə, Misir və Qətər Ağ Evin xüsusi elçisi Stiv Uitkoffun İran rəsmiləri ilə Ankarada mümkün görüşünü təşkil etmək üzərində çalışır.

Ağ Ev rəsmilərinin açıqlamasına əsasən, ABŞ prezidenti Donald Tramp hələlik İrana zərbə endirilməsi barədə yekun qərar verməyib və diplomatik variantı açıq saxlayır.

Bununla belə, danışıqların reallaşıb-reallaşmayacağı sual altındadır. Xəbərdə qeyd olunur ki, prosesin taleyi İranın ali rəhbəri Əli Xameneyinin bu təşəbbüsə münasibətindən də asılı ola bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR