İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İranı uzunmüddətli blokada ilə boğmağa hazırlaşır

520 29.04.2026 08:26 Siyasət A A

ABŞ prezidenti Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası üçün plan hazırlamağı tapşırıb.

Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən The Wall Street Journal (WSJ) yayıb.

Qəzetin mənbələrinə görə, Ağ Ev lideri bu yaxınlarda neft tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının qarşısını almaqla Tehran iqtisadiyyatına təzyiq göstərməyi zəruri saydığını bildirib. ABŞ administrasiyası rəhbərinin sözlərinə görə, bombardmanların yenidən başlanması və ya münaqişədən çıxmaq kimi digər variantlar Vaşinqton üçün blokadanın davam etdirilməsindən daha böyük risklər daşıyır.

Nəşr qeyd edir ki, Tramp İranla bağlı sonrakı tədbirlərə dair ziddiyyətli məsləhətlər alır. Bəzi rəsmilər açıq şəkildə Ağ Evi Tehrana təzyiqi artırmağa çağırır, lakin digərləri Hörmüz boğazının bağlı saxlanılmasının və ya hərbi əməliyyatların davam etməsinin Amerika iqtisadiyyatına zərər verəcəyindən və Respublikaçılar Partiyasının ara seçkilərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyindən narahatlıqlarını ifadə edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR