İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp narkotik ticarətinə görə həbs olunan sabiq prezidenti əfv etdi

921 29.11.2025 09:14 Siyasət A A

ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına görə 45 il həbs cəzasına məhkum edilmiş keçmiş Honduras Prezidenti Xuan Orlando Hernandezi əfv edib.

Musavat.com xəbər verir ki, məlumatı Tramp Truth Social hesabında açıqlayıb: "Hörmət etdiyim bir çox insanın çox qəddar və ədalətsiz davranıldığını söylədiyi keçmiş Honduras Prezidenti Xuan Orlando Hernandezin tam və qəti əfvini elan edəcəyəm".

Amerika lideri Hondurasın siyasi və maliyyə uğuru yolunda olduğuna inandığını bildirib.

27 iyun 2024-cü ildə ABŞ Ədliyyə Nazirliyi Nyu-York məhkəməsinin keçmiş Honduras prezidenti Hernandezi narkotik qaçaqmalçılığı ittihamı ilə 45 il həbs cəzasına məhkum etdiyini açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR