İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Netanyahunu qəbul etdi: İranla bağlı həlledici...

858 11.02.2026 23:20 Dünya A A

Donald Tramp Ağ Evdə Benjamin Netanyahu ilə üç saatdan artıq davam edən görüş keçirib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti danışıqları “çox yaxşı” adlandırsa da, yekun razılaşmanın əldə olunmadığını bildirib.

Trampın sözlərinə görə, əsas diqqət İran məsələsinə yönəlib. O, Tehranla danışıqların davam etdirilməsində israr etdiyini və mümkün razılaşmanın əldə olunmasının üstün variant olduğunu vurğulayıb. 

photo_2026-02-11_23-19-53.jpg (97 KB)

“Əgər razılaşma mümkün olsa, bu, ən yaxşı seçim olacaq. Əks halda isə nəticənin necə olacağını görəcəyik. Keçən dəfə İran razılaşmadan imtina etdi və nəticədə ‘Midnight Hammer’ zərbəsi endirildi. Bu, onlar üçün uğursuz oldu. Ümid edirəm ki, bu dəfə daha məsuliyyətli davranacaqlar”, – deyə Tramp bildirib.

Görüş zamanı Qəzzada və ümumilikdə Yaxın Şərqdə vəziyyət də müzakirə olunub. ABŞ prezidenti regionda müəyyən irəliləyişlərin əldə edildiyini və sülh istiqamətində addımların davam etdiyini qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR