İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR

1476 13.04.2026 10:05 Dünya A A

Tramp atəşkəs qərarını qarşıya qoyduğu hərbi məqsədlərə çatmağın gözlədiyindən daha çətin olduğunu anladıqdan sonra verib.

Bu barədə Politico yazıb.

Mənbənin sözlərinə görə, o, Pentaqonun təqdim etdiyi məlumatların həddindən artıq nikbin ola biləcəyini düşünməyə başlayıb və real vəziyyəti fərqli görüb. Həmçinin bildirilir ki, vurulan pilotun xilas edilməsi əməliyyatı xaotik keçib və bu prosesdə ABŞ xeyli sayda təyyarə itirib.

Bundan əvvəl Tramp Çinə xəbərdarlıq edərək bildirib ki, əgər Pekin İrana hərbi yardım göstərərsə, ABŞ Çin məhsullarına 50 faiz həcmində rüsum tətbiq edəcək. O, bu məbləği “çox yüksək” kimi qiymətləndirib./KONKRET.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR