Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat-ın canlı efirində qonaq olub.
O, veriliş zamanı İranda gedən proseslərə, regionda və ölkədaxilində artan gərginlik fonunda formalaşan siyasi mənzərəyə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Arifoğlu çıxışında xarici oyunçuların mümkün rolu, prezident Məsud Pezeşkian faktorunun proseslərə təsiri və İran dövlətinin transformasiyası ilə bağlı ehtimal edilən ssenarilər barədə dəyərləndirmələr səsləndirib.
Verilişdə İranın gələcək idarəetmə modeli, mərkəzləşmə və ya parçalanma riskləri, eləcə də mümkün “keçid” ssenarilərinin regiona təsiri kimi məqamlar da müzakirə olunub.
Ətraflı videoda:






