İran hakimiyyəti potensial nəticələri bilir və ABŞ ilə razılaşmaq istəyir.
Musavat.com xəbər verir ki, bunu Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsindəki jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.
Ondan bu gün Cenevrədə keçirilməsi planlaşdırılan İranla danışıqlardan nə gözlədiyini soruşublar: "Düşünmürəm ki, onlar razılaşma əldə etməməyin nəticələrini istəyirlər. Onlar razılaşma əldə etmək istəyirlər".
Tramp danışıqlarda birbaşa olmasa da, dolayı yolla özünün də iştirak etdiyini bildirib: "Mən dolayı yolla bu danışıqlarda iştirak edəcəyəm. Və onlar çox vacib olacaq. İranlılar çətin danışıqlar aparanlardır. Ümid edirəm ki, onlar daha mülayim olacaqlar".
Musavat.com






