İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Ukraynanın danışıqlarda kiçik problemi var – korrupsiya

945 01.12.2025 04:47 Dünya A A

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə danışıqlarda Kiyevin “kiçik problemlə” üzləşdiyini bildirib. O, həmin problemin korrupsiya ilə bağlı vəziyyət olduğunu deyib.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti Trampın açıqlamalarına istinadla məlumat yayıb.

ABŞ prezidentinin Ukrayna nizamlanması ilə bağlı digər fikirləri də diqqət çəkib. Trampın sözlərinə görə, Florida ştatında keçirilən görüşlərdə ABŞ və Ukrayna nümayəndə heyətləri bir-biri ilə “yaxşı anlaşa bilib”.

O, həmçinin bildirib ki, Kiyev təmsilçiləri ilə görüş məsələsini Marko Rubio və Stiv Uitkoffla müzakirə edib və amerikalı rəsmilərin işini müsbət qiymətləndirib.

Tramp “Ukrayna üzrə razılaşmanın əldə olunması üçün yaxşı şans” olduğunu da vurğulayıb. Eyni zamanda, o, Uitkoffun Rusiya prezidenti ilə “həftə ərzində nə vaxtsa” görüş planlaşdırdığını təsdiqləyib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR