ABŞ prezidenti Donald Tramp onun Venesuelaya qarşı milli silahlı qüvvələrdən istifadəsini qadağan etmək üçün Senatda qəbul edilən qətnaməni dəstəkləyən respublikaçı senatorlara şəxsən zəng vuraraq öz narazılığını çatdırıb.
Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrinə görə, prezident Rend Pol (Kentukki), Syuzan Kollinz (Men), Coş Houli (Missuri), Liza Murkovski (Alyaska) və Todd Yanq (İndiana) ilə telefonla danışıb. Tramp son dərəcə qəzəbli olub və yanvarın 8-də keçirilən səsverməni "özünə qarşı şəxsi səs", böyük uğur hesab etdiyi hərbi əməliyyata və orada iştirak edən hərbçilərə qarşı səsvermə kimi qəbul edib.
Qeyd edək ki, 8 yanvarda Senat prosedur səsverməsində Tramp administrasiyasından qanunvericilik orqanının təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməməyi tələb edən birgə qətnamə üzərində əlavə işi təsdiqləyib. Qətnamədə vurğulanır ki, ABŞ-da müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur. Əlli iki senator qətnamənin lehinə, 47 senator isə əleyhinə səs verib.
Musavat.com






