ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Nikolas Maduronu ələ keçirmək üçün əməliyyatın 3-4 gün əvvəl keçirilməsi nəzərdə tutulub.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti pis hava şəraiti səbəbindən əməliyyatın bu günə keçirildiyini deyib.
O, qeyd edib ki, Venesueladakı əməliyyatı Floridadakı Mar-a-Lago iqamətgahından izləyib.
Tramp həmçinin Venesueladakı əməliyyat zamanı şəxsi heyət arasında itki olmadığını, lakin bəzi yaralıların olduğunu vurğulayıb.
Musavat.com






