ABŞ prezidenti Donald Tramp hesab edir ki, neftin qlobal bazarlara daşınması marşrutları baxımından Hörmüz boğazına "əla alternativlər" tapmaq olar.
Musavat.com xəbər verir ki, o, bu mövqeyi Fox News-a verdiyi müsahibədə açıqlayıb.
Hörmüz boğazından keçən gəmilərin sayının azaldılması ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, əgər insanlar oradan keçmək istəyirlərsə, bu boğaz açıqdır.
"Biz onu İrana açmırıq. Həm daxil, həm də xaricə bağlanan yeganə ölkələr onlardır. Son bir neçə ayda çox şey baş verib. Boru kəmərləri tikilir. Texas və Alyaska da daxil olmaqla əla alternativlər tapırıq".
Musavat.com






