ABŞ Prezidenti Donald Tramp onu və Respublikaçı Partiyanı tənqid edən televiziya proqramlarının yayım lisenziyalarının ləğv edilməsini təklif edib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, əgər şəbəkə xəbər proqramları və axşam şouları demək olar ki, 100 faiz prezident Donald Trampa, MAGA hərəkatına və Respublikaçı Partiyaya qarşı mənfi mövqedədirsə, onların yayım hüququnun saxlanılması sual altına düşməlidir.
“Belə olan halda, bu cür proqramları son dərəcə dəyərli yayım lisenziyalarından məhrum etmək lazım deyilmi? Məncə — bəli!” — deyə Tramp bildirib.
Bu çağırış ABŞ-da media azadlığı və siyasi təzyiq mövzusunda yeni müzakirələrə yol açıb. Tənqidçilər Trampın açıqlamasını müstəqil mediaya təzyiq cəhdi kimi qiymətləndirir, tərəfdarları isə bunun qərəzli informasiya siyasətinə cavab olduğunu bildirirlər.
Musavat.com






