İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Moskva və Kiyevə ultimatum: müharibənin bitməsi üçün bu qədər vaxtları var

979 08.02.2026 04:53 Dünya A A

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski üçün müharibənin dayandırılması məqsədilə dörd aylıq vaxt müəyyənləşdirdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə AP News məlumat yayıb. Nəşrin məlumatına görə, Tramp bildirib ki, göstərilən müddət ərzində real irəliləyiş əldə olunmasa, Vaşinqton münaqişənin hər iki tərəfinə təzyiqləri artıracaq.

Məlumata görə, ABŞ administrasiyası diplomatik kanalların açıq qalmasını istəsə də, nəticə olmadığı halda əlavə siyasi və iqtisadi rıçaqların işə salınması variantını da istisna etmir. Trampın sözlərinə görə, məqsəd uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR